Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Həyəcan dolu xəbər - Milyonlarla insan təhlükədədir

Tarix: 08-02-2023 21:15     Baxış: 3199 A- / A+


Milyonlarla insan buzlaq göllərinin partlayışları səbəbindən risk altındadır.
Manevr.az xəbər verir ki, dünyadakı buzlaqlar sürətlə əriyir. Bu barədə məlumat "Nature Communications" jurnalında dərc olunub.
Ərimiş su buzlaqdan qalan çökəklikləri dolduraraq "buzlaq gölü" adlanan göl əmələ gətirir.
Temperatur yüksəldikcə və daha çox buzlaqlar əridikcə, göl yüksəlir və onlardan birinin aşağı axınında yaşamaq inanılmaz dərəcədə təhlükəli ola bilər. Gölün suyunun səviyyəsi çox qalxarsa o, dağlardan aşağı çökərək vadilərə düşə bilər.Araşdırmaya görə, bu, fenomen, buzlaq gölünün partlaması adlanır və dünyada 50 km məsafədə (Hindistan, Pakistan, Peru və Çində) yaşayan təxminən 15 milyon insan risk altındadır.
Araşdırmanın həmmüəllifi, Yeni Zelandiyanın Kanterberi Universitetinin baş müəllimi Tom Robinson buzlaq gölünün partlayışının "daxili sunami"yə bənzədiyini söyləyib. O, bunun təsirini bəndin qəfil dağılması ilə müqayisə edib.
Qeyd edək ki, əvvəlki buzlaq gölünün partlayışları minlərlə insanın həyatına son qoyub, evləri və kritik infrastrukturu dağıdıb. Perudakı Cordillera Blanca təhlükəli fenomenin ən bariz nümunələrindən biridir. Tədqiqatçılar müəyyən ediblər ki, 1941-ci ildən bəri Perudakı dağ silsiləsində qar uçqunlarından tutmuş buzlaq göllərinin partlamasına qədər 30-dan çox buzlaq fəlakəti baş verib və bu fəlakətlər 15 mindən çox insanın həyatına son qoyub. (publika)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar