Pakistanın sabiq Prezidenti Pərviz Müşərrəf vəfat edib.
Manevr.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə məlumat yayıb.
Pərviz Müşərrəf uzun müddət müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xəbər lenti
Azərbaycanın ən yaxın dostu sabiq Prezident vəfat etdi
Qeyd edək ki, 1999-cu ildə Müşərrəf ölkədə çevriliş edərək hakimiyyətə gəlmişdi. 2001-ci ilin iyun ayının 20-dən etibarən Pakistan prezidenti kreslosuna yiyələnən Pərviz Müşərrəf bir müddət Pakistanın Türkiyədəki səfirliyində də çalışmışdı. General P.Müşərrəfin bu çevriliş beynəlxalq ictimaiyyətin etirazına səbəb olmaqla yanaşı, Pakistanın BMT-nin üzvlüyü məsələsinin təxirə salınması ilə nəticələnmişdi.
Beynəlxalq ictimaiyyət tərəfindən Müşərrəfə göstərilən təzyiqlər ABŞ-da baş verən 2001-ci il 11 sentyabr hadisələri, daha sonra Əfqanıstanda həyata keçirilən əməliyyatlara dəstək verməsiylə yumşaldı və Müşərrəf hakimiyyəti beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyə başlandı.
2002-ci ilin aprelində ölkədə keçirilən referendumun nəticələri Müşərrəfə daha 5 il müddətinə iqtidarda qalma hüququ verdi.
Seçilmiş bir məclisi buraxma səlahiyyəti əldə edən Müşərrəf 2002-ci ilin oktyabr ayında ümumi seçkilər keçirməklə hərbi rəhbərliyi sivil idarəçiliklə əvəzləyəcəyini elan etdi. Seçkilərdə Müşərrəfə yaxın olan Mir Zəfərullah Cəmali qələbə qazandı və ölkənin baş naziri oldu.
P.Müşərrəf 2008-ci ildə prezident vəzifəsindən istefa verib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar