Sizin Reklam Burada
Xəbər lenti
04-10-2025
03-10-2025
BÜTÜN XƏBƏRLƏR

Misirdə fironlar sülaləsinə aid 4300 illik mumiya tapılıb

Tarix: 26-01-2023 20:03     Baxış: 3323 A- / A+

Misirdə kral məzarlarının yerləşdiyi tarixi Sakkara bölgəsində aparılan arxeoloji tədqiqatlar zamanı 5-ci və 6-cı Fironlar sülaləsinə aid mumiya, 9 heykəl və bəzi qiymətli əşyalar tapılıb.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, Misir arxeoloqu, Qədim Əsərlər Naziri Zahi Havas mətbuat konfransında Saqqara bölgəsində aparılan arxeoloji qazıntılar və tapılan yeni əsərlərlə bağlı açıqlamalar verib.
Qədim Sakkara bölgəsində arxeoloji tədqiqatlar aparan qrupdan məsul olan Havas, qazıntılar zamanı 4300 yaşı olduğu təxmin edilən mumiya, 9 heykəl və bəzi qiymətli əşyaların tapıldığını bildirib.
Havas, tapılan əsərlərin 5-ci Fironlar sülaləsi (e.ə. 2487-2449) və 6-cı Fironlar sülaləsinə (e.ə. 2345-1821-ci illər arasında) aid olduğunu vurğulayıb.
Havas qeyd edib ki, sözügedən heykəllər əhəng daşından hazırlanıb və üzərində heç bir tikmə olmadığı üçün kimə aid olduqlarını müəyyən edə bilməyiblər.
“Tapılan mumiya kişiyə məxsusdur. Onun adı Heka Şibsdir. Bu tabut 4300 ildir açılmayıb. Bu, tapılan kral mumiyalarından başqa indiyə qədər tapdığımız ən qədim mumiyadır”, - Havas qeyd edib.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar