Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Dini liderlər Quranın yandırılmasına görə toplandılar

Tarix: 26-01-2023 13:20     Baxış: 3228 A- / A+


Dini liderlər Quranın yandırılmasına görə toplandılar

Türkiyə Diyanət İşləri Başkanlığının təşkilatçılığı ilə Dünya Müsəlmanları Dini Liderlərinin konfransı keçirilib. Onlayın formatda təşkil olunan tədbirdə 69 ölkədən 130 iştirakçı İsveçdə və Niderlandda  Quranın yandırılmasına etirazını bildirib.
         
Manevr.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Müfti Salman Musayev QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin salam-dualarını tədbir iştirakçılarına yetirib. Müfti Azərbaycan dindarlarının münasibətini konfrans iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, QMİ bu vandalizm aktını qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Sənəddə müqəddəs kitabın yandırılması 2 milyarda yaxın ardıcılı olan İslam dinini hədəf alan təhqir aktı kimi dəyərləndirilib. Dini mərkəz olaraq QMİ bu hadisəni  qətiyyətlə pisləyib.

Bəyanatda  qeyd edilib ki, dəfələrlə törədilən və bu gün də törədilməkdə olan bu kimi vandalizm əməllərinin məqsədi beynəlxalq miqyasda ekstremizmə təkan vermək, terroru təşviq etməkdır.  Dini zəmində qarşıdurmaya təşviq edən niftrətə çağırış, təcavüz və zorakılığa təhrik edən belə əməllər bəşəri təhlükəyə çevrilməkdədir. Dindən siyasi məqsədlər üçün sui-istifadə halları, ksenofobiya təzahürləri cəmiyyətlərin və dövlətlərin daxili sabitliyini pozmağa, qarşıdurma və nifaq yaratmağa xidmət edir.

Müfti çıxışında bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi bütün dünya ölkələrini, beynəlxalq təşkilatları və dini qurumları törədilən əməli qətiyyətlə qınamağa və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, dindən sui-istifadə edən ekstremizm, ksenofobiya hallarını, inancından, əqidəsindən asılı olmayaraq insanların mənəvi dəyərlərinə, dini rəmzlərinə və şəxsiyyətlərə, dinlərin müqəddəs məkanları və atributlarına qarşı nifrət çağırışı və təhqir hallarının baş verməməsi üçün səy göstərməyə çağırıb. Sənəddə qeyd olunduğu kimi,  söz azadlığı heç də mənəvi hisslərə toxunmaq, nifrətə çağırışlara təhrik etmək deyil, əksinə, insanları mənəviyyata dəvət etmək olmalıdır.

Onlayın konfransda çıxış edən dünyanın tanınmış müsəlman din xadimləri İsveçdə və Niderlandda Qurana qarşı törədilən çirkin davranışı inanca, hüquqa və bəşəri dəyərlərə qəsd kimi dəyərləndiriblər. Tədbir iştirakçıları bildiriblər ki, İslam dininə, müqəddəs dəyərlərimizə  hücumlara qarşı bütün dünya müsəlmanları birlikdə hərəkət edəcək, belə çirkin əməlli törədənlərə layiqli şəkildə cavab verəcəklər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar