Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda əməliyyat – Həbs olunanlar var

Tarix: 25-01-2023 11:50     Baxış: 3195 A- / A+

Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Manevr.az xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində yerləşən zavodlardan birinin həyətindən dəmirüyüdən dəzgahın mühərrikinin oğurlanması barədə polisə məlumat daxil olub.
Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qəbələ rayon sakini Anar Yusifov və Qazax rayon sakini Elturan Nəsibzadə müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Nərimanov rayonu ərazisində yerləşən bir emalatxanadan “BMW” markalı avtomobilin 1800 manat dəyərində mühərrikinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qubadlı rayon sakini Fərid Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə Cavadxan küçəsində yerləşən marketlərin birindən 1600 manat dəyərində 8 ədəd arabanın qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər məhkum olunmuş İsrail Hüseynov müəyyən olunaraq saxlanılıb.
Yasamal rayonunun Ş.Qurbanov küçəsindəki mağazaların birindən 11 ədəd mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Zaur Musayev müəyyən olunaraq saxlanılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar