Xəbər lenti
Evə girən qonşular 6 yaşlı qızın çürümüş cəsədini tapdılar - Zorlanaraq öldürülüb - FOTO

Axtarışda olan 6 yaşlı qızın çürümüş cəsədi qonşunun yatağının altındakı qutudan çıxıb.
Manevr.az "The Sun"a istinadla bildirir ki, deyilənlərə görə, polis tərəfindən axtarışda olan həmin qonşu uşağın ailəsinə qızın axtarılması barədə kömək təklifi edib.
Hindistanda Harşita adlı qızlarının yoxa çıxmasına görə narahat olan valideynlər bu barədə polisə xəbər veriblər. Onlar qızın şəklini küçənin müxtəlif yerlərinə vuraraq qızlarını görənlərdən onlarla əlaqə saxlamalarını xahiş ediblər.
Qızın yoxa çıxmasından 4 gün sonra onun qonşular yaşadıqları evin yaxınlığındakı ərazidə pis iy hiss ediblər.
İyə doğru gedən qonuşlar 32 yaşlı Şiv Kumar və xanımı Sarasvathi Kumarın tək övladı olan Harşitanın çürümüş cəsədini tapıblar.
Dərhal hadisə yerinə polis çağırıb. Polis araşdırmaları nəticəsində məlum olub ki, 6 yaşlı qız zorlanıb daha sonra da öldürülüb.
Şübhəli isə Kumar ailəsinin evli və iki uşağı olan qonşularıdır. Qızın valideynləri bildiriblər ki, həmin şəxs hətta qızları itdikdən sonra onlara qızını axtarmaq barədə yardım təklifi də edib.
Cinayətlə bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar