Xəbər lenti
İki fars imperiyasını çökdürən səbəb:Bu barədə indiyə qədər yazılmayıb
Tarixçilər qədim sivilizasiyaların yüksəlişini və süqutunu kifayət qədər məntiqlə izah edirlər. Səbəblər çoxdur və bu barədə çox şey yazılır. Amma indiki araşdırmalar göstərir ki, bu qlobal proseslərdə bir amilin rolundan az yazılır, hətta tamamilə unudulur.
Manevr.az xəbər verir ki, bu, iqlim dəyişikliyidir. Bu barədə “Quaternary Science Reviews” jurnalında araşdırma dərc olunub.
Əhəmənilər imperiyası Makedoniyalı İsgəndərin əsgərləri tərəfindən məhv edilib və bu hadisə eramızdan əvvəl IV əsrdə baş verib. Sonra imperiya dirçəlib və eramızın 1-ci minilliyinin ortalarında Sasanilər sülaləsi dövründə yenidən özü qüdrətlənib.
Tarixçilər daim bu quraq ərazilərdə kənd təsərrüfatının necə inkişaf edə biləcəyi ilə maraqlanırdılar. Bir qrup müasir tədqiqatçı belə bir fərziyyə irəli sürüb ki, qədim dövrlərdə iqlim daha mülayim və daha rütubətli, kənd təsərrüfatı üçün əlverişli olub.
Alimlər bu versiyanı 2,5 metrə qədər müxtəlif dərinliklərdə torf nümunələri götürərək yoxlayıb. Nümunələr quraqdan rütubətə qədər bir neçə iqlim dəyişkənliyinin olduğunu göstərib. Maraqlıdır ki, yağışlı dövrlər və müvafiq olaraq davamlı əkinçilik Əhəmənilər və Sasanilər çiçəklənməsi dövrünə təsadüf edir.
Təbii ki, bu kəşf bu imperiyaların zəifləməsi və qüdrət qazanmasının digər məlum amillərini də inkar etmir. Burada siyasi, sosial səbəblər, konkret hökmdarların yanlış addımları var idi. Lakin uzun sürən quraqlıq fonunda məhsul çatışmazlığı səbəbindən dövlətin zəifləməsini də nəzərə almamaq olmaz. Hər halda tarix belə biliklərlə daha dolğundur.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar