Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Əgər belə bir fakt varsa, vətənə xəyanətdir” – Deputat İrana torpaq verilməsindən danışdı

Tarix: 21-01-2023 19:37     Baxış: 3240 A- / A+


 
“Azərbaycan ərazisinin İrana verilməsi mümkün deyil, amma hər halda, əgər belə bir fakt varsa, bu faktlar ciddi şəkildə araşdırılmalıdır. Çünki bu, elə-belə bir məsələ deyil”.
Manevr.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.
O, Naxçıvan Muxtar Respublikasına bağlı Şərur rayonunun Ərəbyengicə kəndi yaxınlığında yerləşən 21 hektar ərazinin Vasif Talıbov tərəfindən İrana verilməsi ilə əlaqədar yayılan məsələlərə münasibət bildirib.
F. Mustafaya görə, əgər dövlətin torpaq sahəsinin verilməsi nəzərdə tutulubsa, bu, cinayətə bərabər bir davranışdır və Vətənə xəyanət kimi də xarakterizə oluna bilər:
“Amma orada elə bir ərazinin olması barədə şübhələr var. Çünki burada çayın axınının dəyişməsindən söhbət gedir. Bu, təbii şəkildə də dəyişilə bilər, amma məqsədyönlü şəkildə dəyişidirlibsə, bunu da araşdırmaq lazımdır. Hər halda bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Çünki biri var, nəzərdə tutulan, görünən torpaq sahəsinin kiməsə verilməsi, biri də var ki, çay axarının dəyişməsi ilə hansısa torpaq sahəsinin verilməsi. Bunlar aydınlaşdırılmalıdır. Əgər bu, məqsədyönlü şəkildə edilibsə, bu, böyük bir cinayətdir və buna münasibət bildirilməlidir”.
“Bunun heç bir hüquqi tərəfi yoxdur. Çünki Azərbaycan sərhədləri yalnız referendum yolu ilə dəyişdirilə bilər. Bu, tamamilə böyük bir cinayətdir və bunu vəzifə səlahiyyətindən sui-istifadə etmək kimi xarakterizə oluna bilər. Amma bu, bir az inandırıcı məsələyə oxşamır, hər halda araşdırmaq lazımdır”, – BQP sədri vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” qanunun 2-ci maddəsinə görə, dövlət sərhədi Azərbaycan Respublikası Milli Məclisinin qərarları ilə müəyyən edilir. Müvafiq maddənin 2-ci bəndində isə göstərilir ki, Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar