Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

ŞOK: Naxçıvanda imtahan suallarının cavabları satılıb - İddia

Tarix: 19-01-2023 16:12     Baxış: 4238 A- / A+



Naxçıvan Dövlət İmtahan Mərkəzinin 27-29 dekabrda müəllimlər üçün keçirdiyi test imtahanındakı cavabların əvvəlcədən satıldığı bildirilir. Bu səbəbdən, çoxlu savadsız namizədlərin müəllim adını qazandığı, bəzi savadlıların isə, kənarda qaldığı bildirilir. 

Manevr.az bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a imtahanda iştirak edən müəllimlər məlumat verib. 
Şərur rayonundan olan namizəd M. Allahverdiyev deyib ki, imtahan sualının hər biri 60 manata satılırmış:
“İmtahan mərkəzində rüşvət olması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət olunub. Lakin araşdırıb baxan yoxdur. Kifayət qədər faktlar da var. Naxçıvan İmtahan Mərkəzinin əməkdaşı Samiq İlqaroğlu öz qohumu Cəfər Sadıqov vasitəsi ilə imtahan zamanı 50-60 manata sualların düzgün cavabını satır. Öz biliyinə keçmək demək olar ki, mümkün deyil. Qəsdən kəsirlər ki, rüşvət verəsən. Məcbursan ki, borc-xərc edib, aparıb 1000-1500 manat rüşvəti verəsən ki, işini itirməyəsən"
Şikayətçilər arasında Babək rayonundan olan müəllim və məktəb direktorları da var. Direktorlar bildirir ki, test imtahanlarında rüşvət səbəbindən, savadlı müəllimlər kənarda qalır. Bu da təhsilin aşağı düşməsinə səbəb olur.
Rayonun Nehrəm qəsəbə 2 saylı məktəbinin müəllimi N. Məmmədov (ad şərtidir) deyib ki, imtahanda iştirak edən direktorlardan ikiqat rüşvət alınır:
"Rayon məktəblərinin birində direktor tanıyıram. Çox savadlı müəllimdir. İmtahandan keçəcəyimə əmin olduğu üçün testə girdi. Yaxşı hazırlaşmasına, yüksək savadına baxmayaraq, ilk testdən müsbət cavab ala bilmədim. Sonra tanışlardan biri dedi ki, burada yalnız savad, bilik keçmir, həm də pul rol oynayır, verməzdən işdən atarlar. O da məcbur qalıb, araçı vasitəsiylə 2 min manat verib, o da imtahan mərkəzinə çatdırdı. Rüşvət verdiyinə görə, növbəti imtahanı uğurla qazandı. Hazırda işinə davam edir”.
Yayılan iddialara Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi reaksiya verib. Mərkəz bildirib: “Dövlət İmtahan Mərkəzinə ünvanlanmış bu absurd fikirlərin əsası varsa, həqiqətən də adı çəkilən o "şərti müəllimlər" kiməsə rüşvət veriblərsə, buyursunlar hüquq mühafizə orqanlarına müraciət etsinlər. Təhsil müəssisələrində hansısa direktor və ya müəllimlərin işdə saxlanılması və ya azad olunması Dövlə İmtahan Mərkəzinin səlahiyyətində deyil. Bu tipli məlumatları yaymazdan əvvəl adıçəkilən qurumla əlaqə saxlayıb informasiyaları dəqiqləşdirmək daha düzgün olar.yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar