Xəbər lenti
Sərnişin avtobusu yandı

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, hadisə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində baş verib. Yanğın nəqliyyat vasitəsinin mühərrik hissəsindəki qısaqapanma nəticəsində əmələ gəlib.
Qeyd olunub ki, agentliyin əməkdaşları dərhal yanğınsöndürmə vasitələrindən istifadə etməklə alovun qarşısını alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Qısa vaxtda yanğın tam söndürülüb.
Məlumata görə, hadisə nəticəsində hər hansı bir xəsarət alan olmayıb. Yanğın hadisəsi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətinə təsir etməyib, müntəzəm marşrut xətləri üzrə avtobusların qrafikə uyğun hərəkəti təmin edilib. bakupost.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar