Xəbər lenti
Azərbaycanda sabiq nazir vəfat etdi - Şəkil

Azərbaycan Respublikasının 1996-2001-ci illərdə iqtisadiyyat naziri olan Namiq Nəsrullayev dünyasını dəyişib.
Manevr.az unikal.az-a istinadən xəbər verir ki, o, həmçinin Hesablama Palatasının ilk sədri olub.
Qeyd edək ki, N.Nəsrullayev 2 fevral 1945-ci ildə Bakı şəhərində anadan olub, 1967-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini, 1970-ci ildə M. Lomonosov adına Moskva Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib.
1968-ci ildən Moskvada SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspiranturasında avtomatik idarəetmə və tənzimləmənin invariantlılıq nəzəriyyəsi, ekstremal tənzimləmə sistemləri üzərində işləyib.
1978-ci ildə bort nüvə energetikası qurğuları üzrə texnika elmləri namizədi elmi dərəcəsi alıb.
1978–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun direktor müavini, "Kibernetika" XKB-nin direktoru olub.
1987-ci ildə Azərbaycan "Ulduz" Elm İstehsalat Birliyinin və "Rabitə Sistemləri" Elmi-Tədqiqat İnstitutunun direktoru təyin edilib. 1995-ci ildə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini, 1996-cı ildən 2001-ci ilədək Azərbaycan Respublikasının iqtisadiyyat naziri vəzifəsini daşıyıb.
2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib, 2007-ci ilin aprel ayında vəzifədən azad edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























