Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Otelin işçilərinə qəzəblənən müştəri avtomobili ilə binanın içinə girdi

Tarix: 14-01-2023 21:53     Baxış: 3224 A- / A+

Çinin Şanxay şəhərində işçilərə əsəbiləşən otel müştərisi əsəbinə hakim ola bilməyib və idman avtomobili ilə otelə basqın edib.


Çinin sosial media platforması "Weibo"da paylaşılan görüntülər qısa zamanda gündəm yaradıb.

Qəzəbli müştəri əvvəlcə idman avtomobili ilə otelin qapılarını sındırıb, daha sonra isə foyedə "drift" etməyə başlayıb.

Adı Çen kimi hallanan 28 yaşlı otel müştərisi kompyüterinin oğurlandığını iddia edərək otel işçiləri ilə mübahisə etməyə başlayıb. Mübahisə böyüdükcə Çen qəzəblə oteli tərk edərək dayanacağa gedib və avtomobilini götürüb. İdman avtomobili ilə otelin qarşısına gələn müştəri heç kəsə məhəl qoymayaraq qaza basaraq maşınını otelin giriş qapısına çırpıb. 

İdman avtomobili ilə otelin qapılarını sındıran Çen bununla da dayanmayıb. Otelin foyesində avtomobilini idarə edən şəxs onu endimək istəyən işçilərin üzərinə sürməyə başlayıb. Həmin anlar hər saniyə lentə alınıb. Hadisə zamanı xəsarət alan olmadığı bildirilib. Uzun müddət davam edən gərginlikdən sonra  Çen polis tərəfindən saxlanılaraq həbs edilib. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar