Xəbər lenti
Masallı sakinlərindən külli miqdarda heroin aşkarlandı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Musaküçə kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Əkbərli saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Ş.Əkbərlinin həmin narkotik vasitəni Masallı şəhər sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş F.Kərimovdan əldə etdiyi müəyyən edilib. Sonuncunun yaşadığı evə keçirilən baxış zamanı oradan külli miqdar çəkidə heroin aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























