Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda "Dədə" ləqəbli kriminal avtoritet tutuldu - ŞƏKİL

Tarix: 13-01-2023 10:50     Baxış: 4202 A- / A+


Azərbaycanda "Dədə"  ləqəbli kriminal avtoritet tutuldu - FOTO
Ağsuda qanunsuz odlu silah-sursat saxlayan və narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini İlqar Mirzəyev saxlanılıb.
Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən  “Kalaşnikov” avtomatı, həmin silaha məxsus iki ədəd daraq, eləcə də 58 patron aşkar edilərək götürülüb. İlqar Mirzəyev ifadəsində avtomatı bir müddət əvvəl tapdığını və polis orqanlarına təhvil verməyərək özündə saxladığını bildirib.
Şöbə əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində keçirilən əməliyyat nəticəsində isə keçmiş məhkum Elçin Abbasov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə Elçin Abbasovun Ağsu şəhəri ərazisində yerləşən evinə də baxış keçirilib. Oradan məişət əşyalarının içərisində gizlətdiyi 3 kiloqram 300 qrama yaxın qurudulmuş marixuana və 43 qram tiryək aşkar edilib.
Müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması,daşınması və satılması hallarının qarşısının alınması məqsədilə polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı isə rayon sakinləri - Əli Heybətov və Ələddin Ağayevdən qanunsuz olaraq saxladıqları iki ov tüfəngi, eləcə də patronlar götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır, saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.
Məlumata görə, evindən "Kalaşnikov" markalı avtomat və sursat tapılan İlqar Mirzəyev əvvəllər narkotikə görə 5 dəfə məhkum olunub. Onun kriminal aləmə yaxın olduğu və "Dədə" ləqəbi ilə tanındığı bildirilir.lent.az

Manevr.az
İlqar Mirzəyev vəavtomatı
Əli Heybətov və Ələddin Ağayev və tüfəngləriElçin Abbasov vbə götürülən narkotiklər


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar