Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

DİN-dən əməliyyat: Silahlı şəxslər saxlanıldı - Video

Tarix: 11-01-2023 18:45     Baxış: 3190 A- / A+


Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən 13 kiloqram narkotik vasitə, 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd ov tüfəngi, 32 ədəd patron və 2 ədəd patron darağı çıxarılıb.
Keçirilən tədbirlər zamanı Abdulla Yolbarsov və Elvin Mustafayev üzərlərində odlu silah daşıdıqları üçün, İsmayıl Əliyev isə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıblar. Abdulla Yolbarsov və Elvin Mustafayevdən 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq, 7 ədəd patron, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb. İsmayıl Əliyevdən isə 6 ədəd bağlamada qablaşdırılan ümumilikdə 13 kiloqram narkotik vasitə heroin aşkar edilib. Bundan əlavə Baş İdarə əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən 1 ədəd “Kalaşnikov” markalı avtomat və 1 ədəd ov tüfəngi aşkarlanıb.
Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar