Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda arvadını avtomobildə vəzifəli şəxslə tutdu və...

Tarix: 10-01-2023 13:35     Baxış: 3232 A- / A+

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rahib Yunusovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Manevr.az pravda.az-a istinadən xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: 2022-ci il sentyabrın 28-i saat 14 radələrində Sumqayıt şəhəri bulvar ərazisində 1988-ci il təvəllüdlü İlkin İbişova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt Şəhər Prokurorluğunda aparılan araşdırmalarla şəhər sakini, 1978-ci il təvəllüdlü Rahib Yunusovun İlkin İbişova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
Rahib Yunusov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İttihama görə, hadisə namus üstündə baş verib.
Belə ki, 2017-ci ildən Sumqayıt şəhəri Telefon qovşağında Cari planlama sektorunun müdiri vəzifəsində çalışan İlkin İbişovla Rahibin rəsmi olaraq boşandığı, lakin birlikdə yaşadığı həyat yoldaşı Sona (şərti) evə internet xətti çəkdirən zaman tanış olub. Onlar vatsap vasitəsilə yazışanda Rahib arvadından şübhələnib. Xüsusi proqram vasitəsilə ilə həyat yoldaşının vatsapını izləyib.
Hadisə günü evdən işə getmək adı ilə çıxıb, lakin çöldə gözləyib. Bu zaman İlkin onların evlərinin qarşısında "Mercedes" markalı avtomobilini saxlayıb. Arvadı ilə azyaşlı qızı maşına əyləşib və onlar ərazidən uzaqlaşıblar. Rahib isə taksiyə əyləşərək maşını onların arxası ilə sürdürüb. İlkin əvvəl məktəbin qarşısında avtomobili saxlayıb, Rahibin qızı məktəbə gedib. Sonra onlar dənizkənarı bulvara gəlib. Sona maşından düşüb qarşı tərəfdə əyləşib. Rahib "Mercedes"ə yaxınlaşanda o, İlkinin arvadının əlindən tutduğunu görüb. Bu zaman o, maşının qapısını açaraq İlkinin yaxasından tutub çölə çıxardıb. Sona isə avtomobildən düşürərək qaçıb. Dava zamanı Rahib İlkinə ümumilikdə 17 bıçaq zərbəsi vurub.
Daha sonra xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar