Xəbər lenti
Azərbaycanda sabiq deputat vəfat etdi
"Əməkdar mühəndis", 1990-1995-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Xalq deputatı Əhməd Qasımov vəfat edib.
Əhməd Qasımov 29 oktyabr 1940-cı ildə Ağcabədidə dünyaya gəlib. 1957-ci ildən 1960-cı ilədək Agcabədi şəhərindəki 2 saylı orta məktəbdə təsərrüfat müdiri, 1960-cı ildən 1963-cü ilə qədər Bakı şəhəri 3 saylı Taksi Parkda və Növbəti Minik Avtomobilləri Parkında çilingər, 1963–1964-cü illərdə Bakı 1 saylı Taksi Parkında dispetçer, 1964–1965-ci illərdə həmin müəssisədə texniki şöbə mühəndisi vəzifəsində çalışıb. 1965-ci ildən 1967-ci illərdə Ağcabədi "Azərkəndtexnika" İB-nin "Avtomobil Təmiri" zavodunun baş mühəndisi, 1967-ci ildən isə eyni zavodun direktoru vəzifəsinə təyin edilib və 1981-ci ilə qədər həmin zavoda rəhbərlik edib.
Ağcabədi "Avtomobil təmiri" zavodunun direktoru vəzifəsində çalışarkən zavodda görülən işlər sayəsində müəssisə respublika əhəmiyyətli bir zavod səviyyəsinə çıxarıb. Belə ki, respublikanın 20-dən artıq rayon kənd təsərrüfatı texnikalarının təmirinin aparılması ilə yanaşı Rusiyanın muxtəlif vilayətlərinə və başqa respublikara sifariş əsasında istehsal olunan kənd təsərrüfatında istifadə olunan arabalar, qoşqular, kotan və malalar göndərilirdi.
1970-ci ildən ardıcıl olaraq Ağcabədi rayon Xalq deputatları Sovetinin deputatı seçilib, rayonun ictimai -siyasi həyatında aktiv fəaliyyət göstərib. Beləliklə, 1981-ci ildə Ağcabədi rayon İcraiyyə Komitəsinin sədr müavini ,1989-cu ildə isə Ağcabədi rayon KP rayon Komitəsinin birinci katibi vəzifəsinə, 1990-cı Azərbaycan Respublikası Ali Sovetinin deputatı vəzifəsinə seçilib. Daha sonra Prezident yanında Ali Nəzarət İnspeksiyasında Ağdam- Ağcabədi üzrə Baş inspektor və 1995-ci ilədək Milli Məclisdə Sosial Siyasət üzrə ekspert və komissiyanın üzvü olub. 1995-ci ildən Bakı şəhər, Sabunçu rayon İH-də müxtəlif vəzifələrdə çalışıb.
1999-cu ildən başlayaraq Bakı şəhər Ekologiya komitəsi və 2002-ci ildən Ekologiya Təbii Sərvətlər Nazirliyində əmək fəaliyyətini davam etdirib. 30 sentyabr 2011-ci ilə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri vəzifəsində çalışıb
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar