Xəbər lenti
İrəvanda qanlı toqquşma: Ölən və yaralananlar var
İrəvanın Kanaker-Zeytun inzibati rayonunda qanlı dava baş verib.Nəticədə bir nəfər ölüb, daha iki nəfər xəstəxanaya yerləşdirilib.
İaşə məntəqəsində yerdə yıxılıb qalan şəxsləri ilk olaraq yaxınlıqda növbətçilik edən patrul xidmətinin əməkdaşları görüblər. Onlar yaralananlardan birini öz xidməti maşınlarında xəstəxanaya çatdırıblar, digər ikisini isə gəlib çatan təcili tibbi yardım briqadası aparıb. Xəstəxanaya yerləşdirilənlərdən biri daha sonra dünyasını dəyişib. Həkimlər digər ikisinin həyatı üçün mübarizə aparır.
Hadisə yerinə istintaq qrupu gəlib. Həmçinin Kriminal Polis Baş İdarəsinin rəisi Vardan Vardanyanın rəhbərlik etdiyi əməliyyatçılar da işə cəlb olunublar. Eyni zamanda, İrəvanın polis rəisi Sevan Köçəryan da əraziyə gəlib. Hadisə yerində qan izləri, həmçinin qanlı ağ paltarlar aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb, hüquq-mühafizə orqanları ölənlərin və yaralıların kimliyini araşdırır. teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























