Xəbər lenti
Tanınmış jurnalist İlham Tumas dənizdə boğulmaqdan xilas olub - "...bunu Rey Kərimoğlu və o dostum elədi"

Tanınmış jurnalist İlham Tumas Novxanı çimərliyində dostları ilə çimərkən qəflətən dənizin dərinliyinə düşüb və boğulmağa başlayıb. Ümumiyyətlə, üzməyi bacarmayan İlham Tumasın boğulduğunu görən dostları ona kömək etməyə çalışıblar.
Dostları jurnalisti bir dəfə dərinlikdən dartıb çıxarsalar da dalğa yenidən onu suyun dərin yerinə atıb. Bu dəfə onun ardınca suya baş vuran dostlar özləri də boğulmaq təhlükəsi yaşayıblar. Bunu görən dostlar yaxınlıqda çimən insanları köməyə çağırıblar və onlarla birlikdə İlham Tuması xilas ediblər.
Qazilər.az saytı məsələ ilə bağlı İlham Tumasla əlaqə saxlayıb. O, faktı təsdiq edib. Hazırda özünü yaxşı hiss etdiyini, həyatı üçün heç bir təhlükə olmadığını bildirib: “Özüm Sumqayıtda böyüsəm də üzə bilmirəm. Elə dərin olan yerdə çimmirdik. Hər şey bir anın içində baş verdi. Qəflətən dərinliyə düşdüm. Dənizin dibinə batdım...Şükür Allaha, hər şey yaxşı qurtardı. Yanımda olan dostlarımdan birini adını çəkib ailəsinə narahatçılıq yaratmaq istəmirəm. Amma Rey Kərimoğlunun adını çəkə bilərəm. Açığı, məni Rey Kərimoğlu və o dostum xilas elədi.”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar