Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Dağıstanın sabiq baş nazirini avtomobil vuraraq öldürüb

Tarix: 06-01-2023 08:10     Baxış: 3310 A- / A+
 Dağıstanın sabiq baş naziri Maqomed Abdulayev ölüb.

Keçmiş hökumət başçısını avtomobil vurub.

Bildirilib ki, insident yanvarın 5-də respublikanın paytaxtı Mahaçqalada baş verib. Belə ki, regionun Daxili İşlər Nazirliyinin məlumatına görə, piyada keçidində vurulan 61 yaşlı kişi xəstəxanaya qaldırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Maqomed Abdulayev respublikanın başçısı Maqomedsalam Maqomedovun (2010-2013, hazırda Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini) və Prezident Dmitri Medvedevin (hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini) dövründə Dağıstan hökumətinin sədri işləyib.

Abdulayev Dağıstan Respublikası hökumətindən ayrıldıqdan sonra Dağıstan Pedaqoji Dövlət Universitetinə rəhbərlik edib.

Abdulayevi Dmitri Medvedevin universitetdə oxuduğu vaxtdan dostu adlandırırdılar. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar