Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Kim Çen In keçmiş xarici işlər nazirini dar ağacından asdırıb

Tarix: 04-01-2023 13:56     Baxış: 4198 A- / A+


Şimali Koreyanın keçmiş xarici işlər naziri Li Yon Ho 2022-ci ildə edam olunub.
Manevr.az xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzeti mənbələrə istinadən yazır.
Onunla yanaşı daha bir neçə keçmiş Şimali Koreya diplomatının da edam edildiyi bildirilir.
Ölüm cəzasının tətbiqinə konkret nəyin səbəb olduğu məlum deyil. Yalnız edam edilənlərdən bəzilərinin Şimali Koreyanın Böyük Britaniyadakı səfirliyində işlədiyi məlum olub.
İddialara görə, edamlar Şimali Koreya Xarici İşlər Nazirliyinin ölkədən qaçmağı planlaşdıra biləcək digər əməkdaşlarına psixoloji təsir göstərmək məqsədi daşıyıb.
Li Yon Ho Şimali Koreyanın xarici işlər naziri vəzifəsindən 2020-ci ilin yanvarında istefa verib. Onu bu vəzifədə Ri Son Qvon əvəzləyib.
Şimali Koreyada zaman-zaman diplomatlarla bağlı qalmaqallar yaşanır. Ən səs-küylü hadisələrdən biri 2016-cı ildə ölkənin Britaniyadakı səfirinin müavini Tae Yon-honun Cənubi Koreyaya köçməsi və sığınacaq alması zamanı baş verib. Şimali Koreya hakimiyyəti onu maliyyə mənimsəməkdə və azyaşlılara təcavüzdə ittiham edib.azpost.info 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar