Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Yol polisindən dəhşətli qəzalarla bağlı çağırış

Tarix: 03-01-2023 17:05     Baxış: 4195 A- / A+


Yol polisindən dəhşətli qəzalarla bağlı ÇAĞIRIŞ
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi son günlər baş verən dəhşətli yol qəzaları ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli son günlər baş vermiş yol nəqliyyat hadisələrinin məsuliyyətsizliyin nəticəsi olduğunu  bildirib. Onun sözlərinə görə, sıxlıqlardan, tıxaclardan qat-qat vacib olan məsələ təhlükəsizlikdir:
“Son günlər insan tələfatı ilə nəticələnən ağır qəzalar əksəriyyətin gileyləndiyi tıxac və sıxlıqlarda deyil, sürətli yollarda və qayda pozuntuları nəticəsində baş verib. Yollarımızın ən böyük problemi sürücülərin, piyadaların və ya sərnişinlərin hərəkət qaydalarına, təhlükəsizliyin təminatına ciddi yanaşmamağının yol açdığı faciələrdir. Əksəriyyət qayda-qanunun olmasını istəsə də, təəssüf ki, həmin qaydaların özündən kənarda olmasını istəyir! Minbir bəhanə ilə hər kəsin özünü haqlı çıxartmaq  və qaydaların yanından ötüb keçmək arzusu var. Naməlum səbəbdən bəzi insanlar başa düşmür ki, göz görə-görə özünü təhlükəyə atır. Kimsə bu ağır faciələrdən sığortalanmayıb. Bir daha Sizdən xahiş edirik ki yola çıxan yaxınlarınızdan, doğmalarınızdan, dostlarınızdan ehtiyatlı olmağı tələb edin! Yol hərəkəti qaydaları həyati əhəmiyyətlidir, səhvləri bağışlamır”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar