Xəbər lenti
Bakıda qıcolmadan öldüyü bildirilən şəxsin avtomobillə vurulduğu müəyyən olunub

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 18-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən Bakı şəhər sakini Şahin Şahmuradov qıcolma diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ş.Şahmuradovun yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.
Aparılan əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsini “Qazel” markalı avtomobillə törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rafiq Həsənov saxlanılıb.gununsesi.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































