Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda kişi qayınatasının 280 minlik evini yandırdı

Tarix: 02-01-2023 15:22     Baxış: 3179 A- / A+

Bakıda qayınatasının evini yandırmaq istəyən şəxsə hökm oxunub.

Manevr.az
-ın məlumatına görə, R.Camalov (şərti) su şüşələrinə yanacaq doldurmaqla əvvəlcədən hazırladığı "molotov kokteyl”lərini Xəzər rayonunda yerləşən həyət evinin pəncərəsinə atıb. İki ədəd plastik pəncərəni, bir ədəd pəncərə torunu, evin divarını və kondisionerin mühərrikini qəsdən yandıraraq 670 manat məbləğində əmlakı məhv edib. Eləcə də, yanğını söndürmək istəyərkən qayınatası yüngül dərəcəli yanıq xəsarətləri alıb.
Ekspertiza zamanı müəyyən edilib ki, evin qiyməti 280 min manatdır. Beləliklə, R.Camalov həm də külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etməkdə ittiham edilib.

R.Camalov bu əməli həyat yoldaşı ilə qısqanclıq zəminində yaranan münaqişə nəticəsində törətdiyini bildirib. Belə ki, bir müddət öncə arvadı ondan ayrılaraq atasıgilə gedib. Camalov yoldaşı ilə danışmağa cəhd etsə də, sonuncu onunla görüşməyib. Bundan sonra R.Camalov onun qaldığı evi yandırmaq qərarına gəlib. O, ifadəsində hadisəni törədərkən məqsədinin onları qorxutmaq olduğunu, başqa niyyətinin olmadığını bildirib.

Xəzər Rayon Məhkəməsi hökmü ilə Rəşada 3 il 6 ay şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb."qafqazinfo”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar