Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fəlakətlər, müharibələr, sui-qəsdlər... - Dovşan illərində nələr olub? + XRONOLOGİYA

Tarix: 31-12-2022 21:32     Baxış: 3272 A- / A+
Fəlakətlər, müharibələr, sui-qəsdlər... - Dovşan illərində nələr olub? + XRONOLOGİYA

Çin heyvan təqviminə görə, 2023-ci dovşan ilidir. Həssas, düşüncəli və mülayim təbiətinə əlavə olaraq, Dovşan asanlıqla mühakimə edən, özünü tamamilə haqlı hesab edən, yalnız istədiyini əldə etmək üçün bir neçə əlaqəni bir anda kəsə bilən bir bürc olaraq hesab edilir.
 
Manevr.az Dovşan illərində baş verən hadisələri təqdim edir:
 
1927
 
Çində vətəndaş müharibəsinin başladığı il... Təəssüf ki, Çin Milli Partiyası ilə Çin Kommunist Partiyası arasında müharibə 1950-ci ilə qədər davam edib.
 
1939
 
1939-cu il bəşər tarixində böyük fəlakətlərdən biri yaşanıb. Belə ki, 1 sentyabr 1939-cu ildə alman ordusunun Polşaya hücumu ilə başladığı qəbul edilən İkinci Dünya Müharibəsi 1945-ci ilə qədər davam etdi. 2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə 10 milyonlarla insanın ölümünə səbəb olub. Döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına son qoymuşdu.
 
1951
 
Dünyanın müxtəlif yerlərinə təsir edən hadisələr həmin il Misir və Koreyadan da yan keçməyib. Belə ki, 1951-ci il Koreyanın yandırılaraq dağıdılması zamanı 36 000 amerika əsgərinin, 600 000 koreyalı və 500 000 çinli əsgərin öldüyü məlumdur.
 
1963
 
1963-cü ilin noyabrında Amerika Birləşmiş Ştatlarının Prezidenti Con Kennedi Dallasda avtomobilindən ictimaiyyəti salamlayarkən Li Harvi Osvald tərəfindən güllələnib.

1975
 
1975-ci il aprelin 13-də Livanda vətəndaş müharibəsinə çevrilən müsəlman-xristian ayrılığı dünyanın ən mürəkkəb müharibələrindən biri kimi tarixdə yerini aldı. 1991-ci ilə qədər nəfəs almayan partiyalar ideologiyaları və silah gücü ilə mübarizəni dayandırmadılar.
 
1987
 
Dovşan ili olan 1987-ci ildə Çad və Liviya sərhədində "Toyota müharibəsi" kimi tanınan qarşıdurmalar yaranıb. 31 iyulda isə İslam düşmənləri kimi təyin etdikləri ölkələrə etiraz etmək üçün bir araya gələn iranlı zəvvarların başçılıq etdiyi qrup ilə Səudiyyə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 400-dən çox adam həlak olub.
 
1999
 
1999-cu il NATO-Yuqaslaviya müharibəsi kimi yadda qalır. Belə ki, 1999-cu ilin 24 mart-10 iyun tarixləri arasında NATO-nun

Yuqaslaviyaya qarşı apardığl müharibə əsasən, NATO təyyarələrinin Yuqoslaviya ərazisini səmadan bombardman etməsi ilə yadda qalıb. Müharibənin nəticəsi olaraq, serb qoşunları Kosovo və Metaxiyadan geri çəkilməyə məcbur qalıb və həmin ərazilər NATO-nun nəzarəti altına keçib.
 
2011
 
2011-ci ilin11 fevral tarixində Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir.
 
Dünya tarixi demək olar ki, hər il dünyanın bəzi yerlərində münaqişələrə səhnə olub. Ümid edək ki, 2023-cü il bütün dünya üçün uğurlu il olar. Amma astrologiya, Çin təqvimi və statistika bunu demir...sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar