Xəbər lenti
Rasim Əkbərovu öldürmək istəyən şəxsə ağır cəza verildi
Keçmiş milli qəhrəman, N saylı hərbi hissənin komandiri Rasim Əkbərovu öldürməyə cəhd edən şəxsin məhkəməsi yekunlaşıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən Xaliq Məmmədova hökm oxunub. Hökmə əsasən, o, 14 il müddətə azadlıqdan məhrum edilib.
Məhkəmə araşdırmaları zamanı məlum olub ki, 1993-cü il təvəllüdlü X.Məmmədov 2021-ci ilin sentyabrında Goranboyda R.Əkbərova yaxınlaşaraq xahişi olduğunu bildirib. Deyib ki, həbsdə olan bir tanışı var, ona kömək etmək lazımdır. Dostunun azadlığa buraxılmasına köməklik göstərməsini xahiş edib. Rasim Əkbərov isə Xaliqə yardım edəcəyini deyib. Bundan bir neçə gün sonra Xaliq ikinci dəfə Rasim Əkbərovu çayxanada görüb. Ona yaxınlaşıb yenidən eyni şeyi istəyib. Keçmiş milli qəhrəman isə ona “dur aralaş burdan, telefonla danışıram” deyib. Bu sözlər Xaliqin xətrinə dəyib və üstündəki cib bıçağı ilə Rasim Əkbərova 8 zərbə endirib. Təcrübəli davranan keçmiş hərbçi stolun üzərindəki çayniki götürüb Xaliqə tərəf atıb, qolları ilə onun zərbələrini dəf edib. Bıçağı onun əlindən alıb və Xaliq hadisə yerindən qaçıb.
X.Məmmədov məhkəmədəki ifadəsində özünü təqsirli bilməyib. O, atasının Rasim Əkbərovun tabeliyində I Qarabağ müharibəsində iştirak etdiyi üçün ərk edib ondan xahiş etdiyini deyib: “Rasim Əkbərov rayonda tanınan, nüfuzlu şəxsdir. Əvvəlcə psixi xəstəliyimlə əlaqədar müalicə olunmaq üçün maddi köməklik göstərməsini xahiş etmişdim. Sonra da dostum üçün xahiş etdim. Dedi ki, axşamtərəfi yaxınlaşarsan, köməklik edəcəyəm. Həmin gün axşam saatlarında evinin qabağına getsəm də, görüşə bilmədim. Bir neçə gün sonra gördüm ki, çayxanada tək oturub çay içir. Yaxınlaşıb salam verdim. Həmin vaxt telefonla danışırdı. Dedi ki, “get buradan, telefonla danışıram”. Mən də dedim ki, komandir, bir söz demişdim sizə. Rasim bəy dedi ki, “dur aralan, rədd ol burdan”. Nalayiq ifadə işlətdi. Həmişə üstümdə qatlanan cib bıçağım var idi. Çıxarıb Rasim Əkbərovu qarın nahiyəsindən iki dəfə vurdum. O isə ayağa durub masanın üzərindən çayniki götürərək mənə tərəf atdı, üstümə gəldi. Bıçağı əlimdən aldı. Bu əsnada bir neçə dəfə onun qarın və qollarından vurdum. Üstümə gəldikcə vururdum ki, mənə nəsə etməsin. Bədənindən qan axdığını görüb hadisə yerindən qaçdım. Sonra polis şöbəsinə gedərək törətdiyim əməl barədə məlumat verdim. Əməlimdən peşmanam. Onu öldürmək istəməmişəm”.
Məhkəmədə sənədlərin tədqiqi zamanı məlum olub ki, Xaliq Məmmədov kriminal aləmə meyilli biri olub. O, Rasim Əkbərovu öldürməkdə rayonda nüfuz sahibi olacağına inanırmış. Stasionar məhkəmə psixiatrik ekpertizasının rəyinə görə, o, əməli törətdiyi zaman yüngül dərəcəli depressiv pozuntudan əziyyət çəkirmiş. Lakin bu, onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarından məhrum etməyib, anlaqlı vəziyyətdə olub.
Xatırladaq ki, Rasim Əkbərov 1990-cı ildə əsgər I Qarabağ Müharibəsinə qatılıb. N saylı briqadanın komandiri vəzifəsinə qədər yüksəlib. 1992–ci ildə Milli Qəhrəman adına layiq görülüb. 2000-ci ildə dövlət çevrilişinə cəhddə təqsirli bilinərək həbs olunub. 2001-ci ildə Milli Qəhrəman adından məhrum edilib. 2008-ci ildə əfv olunaraq azadlığa çıxıb. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar