Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Tanımadığı həyətdə tualetə girdi və... - Spirtli içki 34 yaşlı kişinin başına oyun açdı

Tarix: 29-12-2022 21:32     Baxış: 3228 A- / A+
34 yaşlı Zaqatala sakini Mahmud Səfərov (şərti) sərxoş vəziyyətdə tanımadığı həyətə girərək tualetdən istifadə edib, daha sonra həyətdə yatıb qalıb.

Hadisə bir neçə gün öncə rayonun Əliabad qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakinlərindən biri sahə polisinə zəng edərək evindən oğurluğa cəhd olunduğunu bildirib. Sahə rəisi həmin ünvana gedəndə küçədə Mahmudu görüb. Mahmud özünü şübhəli apardığı üçün polis ona yaxınlaşıb. Sərxoş şəxsin qeyri-adekvat hərəkətlərindən sonra polis onu məntəqəyə dəvət edib. Lakin o, polisin tələblərinə tabe olmayıb. Sahə rəisi onu məcburi qaydada 4 saylı inzibati polis məntəqəsinə aparıb. Bundan sonra onun barəsində protokol tərtib edilərək Zaqatala Rayon Məhkəməsinə göndərilib.

M.Səfərovun məhkəmədəki ifadəsinə görə, o, 23 dekabrda günorta saatlarında yaşadığı kənddən Zaqatala şəhərinə gəlib. Bazardakı kafelərin birində spirtli içki içdikdən sonra Əliabad qəsəbəsinə gedib. Orada tanımadığı bir evin yanında özünü pis hiss etdiyi üçün daş hasardan evin həyətinə atlanıb. Həmin evin tualetinə gedib. Daha sonra həyətdə qoyulmuş taxtın üzərinə uzanaraq yatıb. Bir müddət sonra səs-küy eşidərək oyanıb. Görüb ki, ev sahibi onu həyətdən qovur. O isə bildirib ki, yuxusu gəldiyi üçün yatıb qalıb:

“Şikayətçinin dediyi kimi oğurluğa cəhd etməmişəm. Polis əməkdaşı küçədə mənə yaxınlaşarkən sərxoş olduğum üçün nə etdiyimi xatırlamıram. Nalayiq ifadələr işlətməyim, polisə tabe olmamağım yadımda deyil. Olanları xatırlamasam da, ictimai qaydanı pozduğum üçün peşmanam. Qarşıdan bayram gəlir, həbs olunmaq istəmirəm, himayəmdə iki azyaşlı uşaq var”.

Məhkəmə M.Səfərovun himayəsində azyaşlı uşaqlar olmasını, həmin uşaqları təkbaşına böyütməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində həbs qərarı verməyib. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polisin qanuni əmrinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib. 200 manat cərimə edildikdən sonra məhkəmə zalından buraxılıb. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar