Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Atasını öldürüb, parçaladı - ABŞ-da dəhşət

Tarix: 26-12-2022 21:28     Baxış: 3274 A- / A+
Atasını öldürüb, parçaladı - ABŞ-da dəhşətABŞ-da polis atasının insanabənzər robotla əvəzləndiyinə inanan və onu öldürüb parçalayan İndiana sakinini saxlayıb.

Bu barədə WXIN məlumat yayıb.

Polis dekabrın 20-də bir kişinin zəngindən sonra Şon Heysin Mitçeldəki evinə gəlib. Zənq edən şəxs bildirib ki, Heys atası Heyın "robota çevrildiyini" iddia edib. Bu səbəbdən də oğul atasını məhv etmək qərarına gəlib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Heysin evinə gedəndə onun avtomobilə getməyə hazırlaşdığını görüblər. Polis ondan atası haqda soruşub.

"Bu, insana bənzəyən bir robotdur... orada uzanır. Onu məhv etmək üçün atəş açmalı oldum", - Heys evinə göstərərək deyib.

Polis əməkdaşları onu saxlayıb, evə gedib və qapının ağzında Heyın meyitini aşkar ediblər. O, döş qəfəsindən və başından güllə yarası alıb və qismən parçalanıb.

Dindirilərkən Heys atasını deyil, insanabənzər robotu öldürdüyünü iddia etməyə davam edib. Lakin müstəntiqlər həmin şəxsin cinayəti ört-basdır etməyə çalışdığına dair əlamətlər aşkar ediblər.
Ona qarşı ümumilikdə doqquz ittiham irəli sürülüb. Qətldən əlavə, Heys döyülmə, məişət zorakılığı və cəsədi təhqir etməkdə ittiham edilib.
Həmçinin məlum olub ki, qətldən bir həftə əvvəl həmin şəxs sosial şəbəkələrdə narahatedici fikirlərini ifadə etdiyi yazılar paylaşmağa başlayıb. Onlardan birində Heys yazıb ki, atasını kimsə qaçırıb öldürüb, sonra isə onu ona bənzər bir robotla əvəzləyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar