Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Albert Rıjiy"in qatilinə hökm oxundu

Tarix: 26-12-2022 17:33     Baxış: 4351 A- / A+


"Albert Rıjiy"in qatilinə  hökm oxundu
Moskvada kriminal dairələrdə tanınmış avtoritetin qatili Albert Heydərov cəzasını sərt rejimli hənsxanada çəkmək şərtilə azadlıqdan məhrum edilib.

Manevr.az-ın xarici mediaya istinadla xəbərinə görə, Moskva şəhər Məhkəməsi 38 yaşlı Mətləb Sultanovu Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “j”, “z” bəndləri (“Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq, tamah niyyəti ilə adam öldürmə”), 222-ci  (“Qanunsuz silah dövriyyəsi”) və 327-ci (“Saxta pasportdan istifadə”) maddələri ilə təqsirkar hesab edib.


İstintaq müəyyən edib ki, Sultanov 2021-ci il aprelin 12-də saxta pasportdan istifadə edərək fitnes klubuna daxil olub və daha çox "Albert Rıjıy" kimi tanınan və yenicə azadlığ buraxılmış avtoritet Heydərova azı 5 dəfə atəş açıb. Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qətl Heydərovun “rəqibi” tərəfindən təşkil olunub, o, azadlığa çıxan avtoritetin onun biznesi üçün təhlükəyə çevriləcəyindən qorxurdu. Moskvada və bölgədə ərzaq və sənaye mallarının topdansatış ticarətinə açıq-aşkar təsirini bölüşmək istəməyən şəxs Albert Rıjının aradan götürülməsi üçün iki şərikinə sifariş verib.
Sultanov günahını qismən boynuna alıb və izah edib ki, o, cinayəti şəxsi mənafeyindən deyil, şəxsi düşmənçilik zəminində törədib – əvvəllər Albert Rıjiy anasını təhqir edib.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar