Sizin Reklam Burada
Xəbər lenti
20-06-2026
19-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda qeyri-adi olay: Qazi olduğunu bildirib kirayə qaldığı evi satışa qoydu

Tarix: 20-12-2022 22:02     Baxış: 3248 A- / A+
Azərbaycanda qeyri-adi olay: Qazi olduğunu bildirib kirayə qaldığı evi satışa qoyduSumqayıtda qeyri-adi dələduzluq hadisəsi olub.

Hadisə "Stansiya Sumqayıt" adlanan ərazidə baş verib. Xaçmaz rayon sakini olduğu deyilən Əfqan Məmmədov özünü Vətən müharibəsi qazisi kimi təqdim edərək, Sumqayıt sakini Akif Bayramovun evində kirayə qalıb. Bu zaman o, dələduzluq planlarını həyata keçirib.

A.Bayramovun sözlərinə görə, kirayənişin evdə hər şeyi satıb:
"Təxminən 40-45 yaşlarında olan kişi özünü Vətən müharibəsi qazisi kimi təqdim edib evimdə kirayədə qaldı. Qazi olduğuna inanıb pul da almadım. Hadisələr dekabrın ortalarında baş verib. Kirayənişinin adı Əfqandır. Xaçmaz rayonundan olduğunu demişdi. Deyirdi ki, Suqovuşanda döyüşüb, iki medal alıb. Biz də qazi olduğunu dediyi üçün rahatlıqla evimizi kirayəyə verdik. Yanında 25 yaşlarında bir qız da vardı. Əfqan evimin həyətindəki köhnə "Zaporojets" markalı avtomobili kəsib-doğrayıb satıb. Həyətdəki dəmir kanalizasiya borularını, pəncərələrin karnizlərini, hamamdakı əşyaları götürüb satıb. Evimi də satışa qoyub. Kirayənişin özünü ev sahibi kimi təqdim edərək, evi satdığı adamdan 1700 manat da beh alıb. İndi onunla əlaqə saxlamaq mümkün deyil, yoxa çıxıb".

Zərərçəkmiş başına gələnlərlə bağlı polisə üz tutub. Polis Şöbəsində Əfqanın elə dələduz olduğu və bundan əvvəl 2-3 dəfə də analoji əməllər etdiyi bildirilib.

Hazırda polis tərəfindən araşdırmalar aparılır. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar