Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

İranda həbsxanada qiyam zamanı ölənlər olub

Tarix: 18-12-2022 14:24     Baxış: 5242 A- / A+



İran paytaxtının şimal-qərbində yerləşən Kərəc həbsxanasında baş verən iğtişaşlar zamanı bir məhbus ölüb, çox sayda məhbus yaralanıb.
Manevr.az bildirir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA Əlborz vilayətinin baş prokuroru Hüseyn Fəzli Xerikəndinin bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Kərəc həbsxanasının narkotiklə ittihamı ilə məhkum olunmuş şəxslər saxlanan şöbəsində məhbuslar arasında toqquşma olub.
Prokuror bildirib ki, münaqişə zamanı bir nəfər ölüb, çox sayda məhbus müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Xerikəndinin sözlərinə görə, təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra qarşıdurma dayanıb. Saxlanılan iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı məhbusların üsyan etdiyini bildirib.
Təşkilatın məlumatına görə, administrasiya ölüm hökmü çıxarılmış məhkumu edam üçün başqa kameraya köçürdükdən sonra məhkumlar iğtişaş törədib.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar