Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

İsmayıllıda oğurluqdan əldə etdiyi pulla səyahətə gedən şübhəli şəxs tutulub

Tarix: 18-12-2022 14:05     Baxış: 4213 A- / A+


İsmayıllı şəhəri ərazisində yerləşən qızıl-zinət əşyaları mağazasından oğurluq edilib. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan 25 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindən yayınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən mağazaya baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.
Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş 32 yaşlı Adil Hacıyev saxlanılıb. İlkin araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs səhər saatlarında Qazax rayonundan İsmayıllıya gəlib, burada kənardan mağazaları izləyib və daha sonra gecə saatlarında qeyd olunan obyektə daxil olaraq oradan oğurluq edib.
A.Hacıyev ifadəsində bildirib ki, hadisəni törətdiyi gecə İsmayıllıda qalıb, səhəri gün isə Bakı şəhərinə gedərək qızılları paytaxtın müxtəlif yerlərində satıb. Əldə etdiyi pulu xarici ölkələrdən birinə gedərək orada əyləncəsinə xərcləyib, geri qayıdarkən isə polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar