Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağda minalar belə məhv edilir - Video

Tarix: 16-12-2022 18:12     Baxış: 3307 A- / A+

Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində cari il ərzində 15 620 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
Manevr.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 29113 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
Ümumilikdə 10185 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10445 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Əsas səylərin azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldildiyi mina təmizlənmə işlərində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamında olan qardaş Türkiyədən alınmış "MEMATT" (Mexaniki Mina Təmizləmə Təchizatı) texnikası da cəlb edilib.
Azad edilən ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar