Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağ erməniləri üçün "Qaynar xətt" yaradıldı

Tarix: 16-12-2022 15:54     Baxış: 3213 A- / A+

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərdən aldığımız müraciətlərin dəfələrlə artdığını nəzərə alaraq, mən və həmkarlarım mərkəzimizdə “Qaynar xətt” yaratmaq qərarına gəldik.
Manevr.az xəbər verir ki, bunu D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyətinin əməkdaşı Dilarə Əfəndiyeva bildirib.
O, həmçinin Qarabağ ermənilərini quldur dəstələrin qalıqlarının repressiyalarından qorxmamağa və Azərbaycan tərəfi ilə əlaqə yaratmağa çağırıb.
“Qarabağdakı erməni separatçıların tör-töküntüləri və Qarabağdakı quldur rejimin “dövlət naziri”i Ruben Vardanyanın yerli sakinlərə təzyiq göstərmək və onların azərbaycanlı hüquq müdafiəçisi ilə təmaslarına maneçilik törətmək cəhdlərinə baxmayaraq, zənglərin sayı əvvəlki günlərlə müqayisədə xeyli artıb”, - o vurğulayıb.
D.Əfəndiyeva söyləyib ki, erməniəsilli Azərbaycan vətəndaşlarının humanitar problemləri olduğu halda, onların müraciətlərini operativ şəkildə cavablandırmağa və həlli üçün əllərindən gələni etməyə hazırdırlar: “Qaynar xətt”in telefon nömrəsi +994 70 277 99 11-dir. Biz öz tərəfimizdən bizimlə əlaqə saxlayan insanlara tam məxfiliklə bağlı zəmanət veririk”.
O, xalqlar arasında dialoqa ehtiyacın olduğunu da vurğulayıb:
“Yalnız bir-birimizlə ünsiyyət quraraq problemləri anlaya və onları birgə həll edə bilərik. Bu, inteqrasiya proseslərinin sürətləndirilməsinə yardım göstərəcək və birgə yaşayışa xidmət edəcək”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar