Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Qubada qadının evinə qumbara atılıb

Tarix: 13-12-2022 22:48     Baxış: 4313 A- / A+
Qubada qadının evinə qumbara atılıbDekabrın 12-də Quba şəhər sakini olan bir qadının evinə qumbara atılması və həmin şəxsin "Toyota" markalı avtomobilə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-dən məlumat verilib.

Məlumata görə, Quba rayon sakini N.Məmmədova DİN-in "102" Xidməti Zəng Mərkəzinə məlumat verərək bildirib ki, tanışı Orxan adlı şəxs onun yaşadığı ünvana gəlib və aralarında yaranmış mübahisə zamanı təlim üçün nəzərdə tutulmuş partlayıcı xüsusiyyətləri olmayan qumbaranı qorxutmaq məqsədi ilə onun evinə ataraq həmin yerdən uzaqlaşıb. Heç bir partlayış hadisəsi baş verməyib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən 1 ədəd təlim qumbarası aşkar olunaraq götürülüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağalı Sumqayıt şəhəri ərazisində "Toyota" markalı avtomobildə saxlanılıb.

Quba Rayon Polis Şöbəsində araşdırma aparılır. big.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar