Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Misir Qasımlıdan Ukraynadakı səfirimizə ağır ittiham: “Məni satdı”

Tarix: 10-12-2022 11:39     Baxış: 4287 A- / A+

Ukraynada həbs edilən Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı barəsində çıxarılan məhkəmə hökmü ilə razılaşmır.
Qarabağ qazisi 8 il müddətinə azadlıqdan məhrum edilməsini özünə qarşı ədalətsizlik kimi qiymətləndirib.

Manevr.az xəbər verir ki, Misir Qasımlı vəkili Valeri Dobronitsa vasitəsilə Yenisabah.az-a açıqlamasında günahsız olduğunu iddia edib. O, ağır cəzaya məhkum olunmasına görə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanı günahlandırıb:
“Ukraynadakı səfirliyimiz hüquqlarımın müdafiəsi istiqamətində heç bir addım atmadı. Başda Elmira xanım olmaqla diplomatlarımız məni müdafiə etmədilər. Səfir məni satdı. Səfirin müşaviri Sabir Rzayev telefonlarımızı açmır. O, məhkəməyə belə gəlmir, bütün qanunsuzluqlara göz yumur. Mənim haqqımda şayiə yazanların hamısı Elmira Axudovanın adamlarıdır və onun sifarişlərini yerinə yetirirlər. O, öz vəzifəsini itirməkdən qorxduğu üçün yalanlar uydurur. Mənim əlimdə video, şəkil, sənədlər  var, amma səfirliyin qapısı üzümüzə bağlıdır. Anam, bacım səfirliyə gedəndə onları qovurlar. Biz işi appellasiyaya vermişik, hətta vəkilim vasitəsilə Elmira Axundova və Sabir Rzayevdən şikayət etmişəm. Bizə kömək edən yalnız diaspordan Hikmət Cavaddır. O, öz vəkili Anatoli Volkovu da bu işə cəlb edib və hər məhkəmədə diaspordan nümayəndə iştirak edir.  Amma səfirlikdən heç kim proseslərdə iştirak etmir”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar