Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada həbsdə olan azərbaycanlı müharibədə yoxa çıxıb - ŞƏKİLLƏR

Tarix: 09-12-2022 11:09     Baxış: 5258 A- / A+
Rusiyada həbsdə olan azərbaycanlı müharibədə yoxa çıxıb - FOTOLAR
Rusiyada həbs edilmiş 1996-cı il təvəllüdlü Cavadzadə Teymur Rahim oğlundan 2 aydan artıqdır xəbər yoxdur.

Manevr.az
xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müraciətində T.Cavadzadənin bacısı Nümunə Ağayeva bildirib.
 
Onun sözlərinə görə, qardaşı həbsxanadan Ukraynaya müharibəyə aparılıb və xeyli vaxtdır itkin düşüb: “Qardaşım 1996-cı ildə Masallı rayonunun Hacıtəpə kəndində anadan olub, həmin kənddə pasport qeydiyyatındadır. 2018-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərinə işləməyə getdi. Lakin 2019-cu ildə bir davaya qarışdı və ittiham edilərək orada həbs olundu, 7 il cəza aldı”.
 
N.Ağayeva əlavə edib ki, qardaşı cəzaçəkmə müəssisəsindən vaxtaşırı olaraq yaxınları ilə telefonla əlaqə saxlayıb. Sonuncu dəfə isə o, bu ilin 25 sentyabr tarixində ailəsi ilə danışıb: “Telefonda bizə dedi ki, Rostov şəhərindədir. Bildirdi ki, telefonlarını və sənədlərini toplayırlar, bir müddət əlaqə saxlaya bilməyəcək. Lakin həmin vaxt müharibəyə aparıldığını demədi”.


Bundan sonra xeyli vaxt Teymurdan xəbər ala bilməyən yaxınları narahat olmağa başlayıb və onun əmisi Əfqan Cavadov qardaşı oğlunu axtarmaq üçün Rusiyaya yollanıb: “Məlum oldu ki, qardaşım oktyabr ayının əvvəlində müqavilə imzalayaraq Rusiya ordusunda döyüşməyə gedib. Rusiyanın Ədliyyə Nazirliyi və Müdafiyə Nazirliyinin əməkdaşları qardaşıma və bir neçə digər məhbusa müqavilə imzaladıb və söz veriblər ki, Rusiya üçün döyüşə getsə, qalan cəza müddəti əfv olunacaq”.
 
Şikayətçi məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını və qardaşı Teymur Cavadzadənin tapılması üçün köməklik göstərilməsini xahiş edib.
 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar