Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Molla məsciddə başqa qadınla yaxalandı - Həyat yoldaşından şok açıqlama

Tarix: 08-12-2022 22:02     Baxış: 4256 A- / A+
Molla məsciddə başqa qadınla yaxalandı - Həyat yoldaşından şok açıqlamaMəsciddə arvadını başqa qadınla aldatdığı deyilən din xadimi açıqlama verib.

Karabükdə məscidin namaz otağında başqa qadınla çılpaq şəkildə həyat yoldaşı tərəfindən basqın edildiyi iddia edilən molla Yusif Ziya ilk dəfə danışıb.

Ətraflı
Yusif Ziya "əslində, sözügedən hadisə sırf ailə məsələsidir" deyib.

3 ildir Karabükdəki Sipahilər Köyü məscidində mollalıq edən Yusif Ziya ilə bağlı həyat yoldaşının iddiası qalmaqal yaradıb.

O, din xadimi olan ərinin uzun müddətdir evə gəlməməsindən şübhələnərək məscidə gedib. Bir uşaq anası məsciddə əri ilə yarıçılpaq bir qadın görüb.

Hadisədən sonra yaranan qarşıdurmaya polis müdaxilə edib.

A.S ifadəsində "Həyat yoldaşım Yusif Ziyanın namaz saatları xaricində və az qala hər gecəni məsciddə keçirməsindən şübhələnirdim. 10 noyabrda məscidə getdim. Kənardan gələndə içəridən televizorun səsini eşitdim. Səs gələn yerin pəncərələri qəzetlərlə örtülmüşdü. Camaat az olduğu üçün otağın qışda namaz qılınan yer olduğunu müəyyən etdim. Girmək üçün qapını döydüm, heç kim açmadı. Televizorun səsi kəsildi, amma içəridən səslər gəlirdi. Qəzetləri gözdən keçirməyə çalışdım",- deyə bildirib.

Anasının da məscidə gəldiyini bildirən A.S polisə ifadəsində bunları deyib:

"Sözügedən otağa girəndə əsəbiləşdim və hirsləndiyim üçün qadına bir-iki sillə vurdum. Mənim yumruq vurduğumu görən həyat yoldaşım necə oldu, bilmirəm, amma məni yerə itəliədi. Yeniden qalxıb qıza doğru getdim. Otağa keçib, ora baxdım, gördüm ki, çarpayı, müxtəlif mətbəx ləvazimatları və yemək-içmək üçün şəxsi əşyaları var. Aramızda bu vəziyyəti danışmaq istəyəndə razılaşa bilmədik və mübahisə düşdü. Qışqırdım ki, "intihar edəcəm. Daha sonra əraziyə polis əməkdaşları gəldi. Mən Yusif Ziyadan şikayətçiyəm".

Qalmaqallı hadisədən sonra iddiaların hədəfi olan din xadimi Yusif Ziya isə ilk dəfə danışıb.
Açıqlamalar verən Yusif Ziya ona böhtan atıldığını iddia edib:

"Mənə böhtan atanlar məncə əclaflığı özlərinə şüar götürmüş problemli insanlardır. Mən nə etdiyini bilən, ətrafıma və vəzifəmə hörmət edən, ədalət məzunu olan dindar adamam".

O, qayınatasının hadisədən 6 gün əvvəl ona təhdid mesajı göndərdiyini də iddia edib:

"Əslində sözügedən hadisə sırf ailə məsələsidir. Nihat K-nın mənə göndərdiyi təhdid mesajı hadisədən 6 gün əvvəl olub. Mesajlar mənə böhtan atanların niyyətinin və baş verənlərin şər-böhtandan ibarət olduğunu açıq şəkildə ortaya qoyur".

Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir. azxeber.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar