Xəbər lenti
Ukraynada iki azərbaycanlının həbsi ilə bağlı apellyasiya şikayəti veriləcək
Həbs edilən azərbaycanlıların vəkili Valeriy Dobranitsanın verdiyi məlumata görə, ötən gün Kiyev vilayətinin Obuxovskiy rayon məhkəməsində Azərbaycan vətəndaşları Misir Qasımlı və Sübhan Quliyev 8 il azadlıqdan məhrum ediliblər.
“Biz məhkəmədən ədalətli qərar gözləyirdik. Amma təəssüf ki, qeyri-qanuni qərar verildi. İndi Kiyev apellyasiya məhkəməsinə şikayət verməyə hazırlaşırıq. Çünki hökmə qədər məhkəməyə tərəfimizdən dəfələrlə faktlar təqdim olunub ki, bu prosesin predmeti saxtalaşdırılıb. Amma təəssüf ki, nəzərə alınmadı. Bu 1 il 8 ay müddətində biz prokurorlardan Azərbaycan vətəndaşlarının günahını təsdiq edən bir fakt eşitmədik. İttihamları uydurma hesab edirik. Bunu hətta zərərçəkmiş şəxsdən də eşitdik”, - vəkil bildirib.
Onun sözlərinə görə, dəlil kimi göstərilən geyimlər də şübhəlidir:
“Şalvarda qan izləri var, amma heç bir ot, torpaq izi filan yoxdur. Halbuki zərərçəkmiş şəxs deyir ki, onu yerdə sürüyüblər və bunun bir izləri olmalı idi”
“Onlardan aldığım cavab məktublarında bildirilirdi ki, hər şey qanun çərçivəsində həll olunacaq. Lakin təəssüf ki, biz yekunda heç cür qane etməyən məhkəmə qərarı gördük. Biz dayanmayacağıq, mübarizəmizi davam etdirəcəyik. Appelyasiya qane etməsə, Ali məhkəməyə müraciət edəcəyik. Çünki əvvəldən də dediyim kimi, bu iş düzgün aparılmayıb. Misirgil qeyri-qanuni həbs olunublar”./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar