Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

İranda iki azərbaycanlı gənc EDAM OLUNACAQ

Tarix: 30-11-2022 17:43     Baxış: 4292 A- / A+
İranda iki azərbaycanlı gənc EDAM OLUNACAQ
İranda davam edən aksiyalar fonunda Astara milli fəallarının lideri həbs edilib.
MOUZE“ teleqram kanalının məlumatına görə, Güney Azərbaycanın Astara şəhərindən olan milli fəal Abbas Nəmin saxlanılıb.
Onu etirazların lideri kimi ittiham edirlər. Astarada son etiraz aksiyalarında həbs edilən Abbas Nəminiyə hətta vəkil tutmağa belə icazə verilmir.

Yaxınlarının dediyinə görə, çox güman ki, rejim bu astaralı türk gəncə ölüm hökmü çıxarmaq niyyətindədir. 
Bundan başqa, "MOUZE" teleqram kanalı molla rejiminin güneyli gəncə edam cəzası verməsi ilə bağlı xəbər yayıb. 
Qeyd olunur ki, 26 yaşlı Səhənd Nurməhəmmədzadə İnqilab Məhkəməsinin hökmü ilə ölüm cəzasına məhkum edilib.

26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılır.
Yaxınları Səhənd Nurməhəmmədzadənin barəsində edam qərarının verilməsinin ədalətsiz olduğunu və bunun başqa etirazçıları qorxudaraq aksiyalardan çəkindirmək məqsədi daşıdığını bildirirlər.
Azərbaycanlı gənc ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar