Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Prokuroru şantaj edən qadın həbs edildi

Tarix: 25-11-2022 18:48     Baxış: 3232 A- / A+
Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesə təqsirləndirilən Sahilə Məmmədovanın gəlmədiyi məlum olub.
Bildirilib ki, onunla əlaqə saxlanılıb və 10 dəqiqəyə məhkəməyə çatacaq. Hakim Sahilə Məmmədovanın gözlənilməsi üçün 10 dəqiqə fasilə elan edib.
Fasilədən sonra davam etdirilən prosesdə hakim bildirib ki, bundan əvvəlki prosesdə təqsirləndirilən xanım məhkəməyə gəlməməsi səbəbindən təxirə salınıb. Hakimin sözlərinə görə, hazırkı məhkəməyə də təqsirləndirilən şəxs gecikib. Hakim təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini təklif edib.
Prokuror qətimkan tədbiri seçilməsi üçün məsələni məhkəmənin mülahizəsinə verdiyini deyib. Zərərçəkmiş Tariyel Qurbanovun nümayəndəsi Adəm Məmmədov deyib ki, təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlmir, məhkəmənin işini pozur. O, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.
Sahilə Məmmədovanın vəkili isə deyib ki, müdafiə etdiyi şəxsin azyaşlı uşağı var, onun bağışlansın.
Müşavirə keçirib hakim heyəti Sahilə Məmmədovanın barəsində həbs qətimlan tədbiri seçib və o, məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, Sahilə Məmmədovanın barəsində istintaq zamanı ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.
Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.
Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar