Sizin Reklam Burada
Xəbər lenti
23-10-2026
22-10-2026
BÜTÜN XƏBƏRLƏR

Fransada qatar bir qrup əsgəri vurub, ölən və yaralananlar var

Tarix: 19-11-2022 07:36     Baxış: 3298 A- / A+
Bir qrup Fransa hərbçisini təlim zamanı qatar vurub, 1 nəfər ölüb.

Bu barədə Fransa Silahlı Qüvvələri Nazirliyi məlumat yayıb.

“Bir qrup əsgər Frejüs bölgəsində (Var departamenti) ümumi baza hazırlığı təlimdən keçirdi. Püje-sür-Arjen yüksəkliyində qatar hərəkət edən zaman əsgərlər dəmir yolu xəttinə keçiblər”, - müdafiə qurumunun rəhbəri Sebastien Lekornünün dərc edilən açıqlamasında bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində bir hərbi qulluqçu ölüb. Digər iki nəfər isə yüngül xəsarət alıb və Frejüs xəstəxanasına çatdırılıb. Üçüncü zərərçəkmiş isə şok vəziyyətində təxliyə edilib.
Hadisə yerinə həkimlərlə yanaşı xilasedicilər, jandarm və polis cəlb olunub.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır. musavat.com

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar