Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Oğurluqda şübhəli bilinən şəxslər tutulub

Tarix: 20-04-2017 14:45     Baxış: 1358 A- / A+
Oğurluqda şübhəli bilinən şəxslər tutulub

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də rayon ərazisindəki gözəllik salonlarından birindən içərisində 1800 manat, 240 ABŞ dolları və 450 yuan olan pul qabını oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini Gülnarə Novruzova tutulub.
Bundan başqa Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 18-də Bakı şəhər sakini Fəxriyyə Nuriyevanın 150 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Məhərrəm Hüseynov tutulub.
Həmçinin Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları tərəfindən aprelin 14-də rayon ərazisindəki mağazalardan birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Anar Aslanov tutulub. Ondan 0,202 qram heroin götürülüb.gununsesi.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar