Xəbər lenti
18 il aerportda yaşayan iranlı öldü

Bu barədə Paris hava limanından məlumat verilib.
Məlumata görə, Nasiri 2F terminalında ürəktutmasından keçinib. Aeroport işçiləri, polis və tibbi briqadanın yardımına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Kərim Nasiri 1988-ci ildən 2006-cı ilə kimi Şarl de Qoll aeroportunda yaşayıb. Buna səbəb isə sənədlərini itirməsi olub. Belə ki, o, Şaha qarşı etirazlar səbəbindən 1977-ci ildən İrandan çıxarılıb. Bundan sonra o, qaçqın statusu almaq üçün müraciət edib və Belçikada BMT-nin Qaçqınlar üzrə Ali Kommisarlığı tərəfindən qaçqın statusu alıb.
Bir müddət sonra ingilis vətəndaşı olan anasının yanına gedərkən Paris aeroportunda bütün sənədlərini itirir, buna görə də nə ölkəyə buraxılır, nə də deport edilir. 1999-cu ildə Fransadan oturum izni və qaçqın statusu alsa da, sənədləri olmadığı üçün yenə də ölkəyə buraxılmır. Beləliklə, düz 18 il aeroportda yaşamağa məcbur olur.
Kərim Nasir 2006-cı ildə xəstəxanaya aparılmış, daha sonra sığınacağa və otelə yerləşdirilmişdi. Lakin 77 yaşlı başıbəlalı Kərim bir neçə həftə öncə yenidən hava limanına qayıdıb və orda yaşamağa başlayıbmış.
Onun həyatından təsirlənən Stiven Spilberq məşhur "Terminal" filmini çəkib. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar