Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Mağazadan 31 min manatlıq “iphone” oğurlayan şəxs saxlanıldı

Tarix: 11-11-2022 21:47     Baxış: 4281 A- / A+
Nizami rayonunda Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən qorunan mobil telefon və məişət əşyalarının satıldığı mağazadan oğurluq edilib.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Belə ki, xüsusi texniki mühafizə vasitələri ilə qorunan həmin mağazadan ötən gecə Baş İdarənin Mərkəzləşdirilmiş Mühafizə Mərkəzinə həyəcan siqnalı daxil olub.

Dərhal ərazi üzrə Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıblar. Obyektin giriş qapısının qırıldığını müəyyən edən mühafizə polisləri “isti” izlərlə oğurluqda şübhəli bilinən şəxsi hadisə yerinin yaxınlığında saxlamağa nail olublar. Həmin şəxsin üzərinə baxış zamanı 13 ədəd ümumi dəyəri 31 min manat olan “iphone” markalı mobil telefon aşkar edilib.

Mühafizə Polisləri tərəfindən həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma aparılan zaman onun Abşeron rayonunda yaşayan Zakir Fərəcov olduğu məlum olub. Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. musavat.com 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar