Xəbər lenti
Yük avtomobili binaya çırpıldı, xəsarət alanlar var - Şəkillər

Hadisə Azadlıq prospekti ilə Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, Tovuz rayon sakini Abdullayev Racu Malik oğlu idarə etdiyi “KIA” markalı avtomobillə kəsişmədə olarkən “Ford” markalı yük avtomobili ilə toqquşub.
Zərbənin gücündən yük avtomobili Azadlıq prospektindəki işıqfora və binaya çırpılıb.
Avtomobilin yük yeri yol kənarında dayanan “Land Rover” markalı maşına dəyib.
Qəza nəticəsində “KIA” markalı avtomobilin sürücüsü R.Abdullayev qol və ayaq nahiyyəsinin sınığı diaqnozu ilə xəstəxanaya aparılıb.
“Ford” markalı yük avtomobilinin sürücüsü isə açıq kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qəzaya uğramış avtomobillər deformasiyaya uğrayıb.
Hadisə nəticəsində əraziyə mühərrik yağı, dizel dağılıb və işıqfor işləməyib.
Buna görə də yol patrul xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyiblər.
Yük avtomobilinin çırpıldığı binanın rabitə xətləri qırılıb.
Əraziyə Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçıları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib. apa
Manevr.az







Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar