Xəbər lenti
Şair Ramiz Məmmədzadə vəfat edib

Tanınmış şair Ramiz Məmmədzadə dünyasını dəyişib.
Manevr.az xəbər verir ki, Ramiz Məmmədzadə 1 yanvar 1937-ci ildə Ağdam rayonunda anadan olmuşdu. 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm", "Yaddaş" milli mükafatlaı laureatıdı. 1955-58-ci illərdə 1 saylı orta məktəbi, eləcə də Bakı dəmiryol məktəbini bitirmişdir. 1962-63-cü illərdə APİ-nin pedaqoji fakültəsində təhsilini davam etdirmiş, sonralar Abşeron rayonunun Saray kənd orta məktəbində müəllim işləmişdir. 1963-67-ci illərdə Azərbaycan LKGİ Abşeron rayon komsomol komitəsində şöbə müdiri, katib, 1967-68-ci illərdə Azərbaycan KP Abşeron Rayon Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970-1992-ci illərdə Azərbaycan KP MK Siyasi maarif evində məsləhətçi vəzifələrini icra edən Milli Yaradıcılıq Akademiyasının filologiya doktoru, eyni zamanda 1993-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində böyük referent kimi çalışmışdır. 1968-70-ci illərdə Bakı Ali partiya məktəbində təhsil alan R.Məmmədzadə 1991-ci ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir.
Ədəbi yaradıcılığa 1960-cı ildə "Bakı" qəzetində dərc olunmuş "Milyon ananın övladı" adlı ilk şeiri ilə başlamışdır. "Canpolad əfsanəsi" adlı kitabını Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayeva həsr etmişdi. "Həmişə sən gələsən" (1978); "Vaxtında açsaydı qönçələr" (1964); "Xatirə bulağı" (1978); "Mühüm partiya işi" (1974); "Qeyrət günü" (1991); "O gecə (20 yanvar)" (1990); "Canpolad əfsanəsi" (1994); "İşıq günü" (2007); "Zirvə" (2009) adlı kitabların müəllifidir.
Allah rəhmət eləsin!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar