Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Hindistanda körpənin qarnından səkkiz embrion çıxdı

Tarix: 06-11-2022 23:12     Baxış: 3252 A- / A+
Hindistanda körpənin qarnından səkkiz embrion çıxdıTibb dünyası Hindistanda səkkiz embrionla (mayalanmış yumurta hüceyrəsi) doğulduğu iddia edilən körpənin bu vəziyyətə necə gəldiyini müzakirə edir.

Belə ki, körpənin qarın nahiyəsinin niyə bu qədər böyük olduğunu müəyyən etmək üçün test verilib və bu zaman onun qarnında səkkiz embrion aşkarlanıb. Yerli media uşağın ana bətnində ikən digər embrionları "udduğunu" iddia edir.

Tibbdə "Fetus in fetu" (döl daxilində döl) olaraq xarakterizə edilən bu vəziyyət olduqca nadir qüsurdur və bu günə qədər yalnız 200 belə hadisəyə rast gəlinib.

Səhiyyə rəsmiləri hesab edirlər ki, Hindistanın Rançi şəhərində baş verən hadisə indiyə qədər yeni doğulmuş körpədə ən çox embrion tapılması ola bilər.

Şəxsiyyəti müəyyən edilə bilməyən yeni doğulmuş qız uşağı 90 dəqiqəlik əməliyyat nəticəsində qarın boşluğunda əmələ gələn 8 embriondan xilas edilib. Embrionların nə qədər inkişaf etdikləri müəyyənləşməyib.

Doktor Məhəmməd İmranın sözlərinə görə, ilk mərhələdə şiş ola biləcəyindən şübhələnsələr də, sonradan körpənin qarnında 8 fərqli embrionun yerləşdiyini anlayıblar.

Körpə qızın əməliyyatdan sonra yaxşılaşdığı bildirilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar