Xəbər lenti
Meksikada tələbələr güllələnib, ölənlər və yaralılar var

Meksikanın mərkəzində yerləşən Puebla ştatında naməlum şəxs gənclərə avtomatla atəş açıb.
Bu barədə “El Milenio” qəzeti məlumat yayıb.
Zakatlan bələdiyyəsində baş verən silahlı hücumda iki nəfər ölüb, daha doqquz nəfər yaralanıb. Hücumun mümkün motivləri barədə məlumat açıqlanmayıb.
Nəşrin məlumatına görə, ölən və yaralananlar regional institutlardan birinin tələbələri olub və hüquq-mühafizə orqanları qatilin onlarla təhsil ala biləcəyini istisna etmirlər.
2021-ci ildə rəsmi rəqəmlərə görə, Latın Amerikası ölkəsində 33,3 mindən çox insan cinayətkarların əli ilə ölüb. Qəsdən adam öldürmələrin böyük əksəriyyəti odlu silahdan istifadə etməklə törədilib. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar