Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Qudasını öldürən şəhid atasına hökm oxundu

Tarix: 02-11-2022 21:08     Baxış: 4257 A- / A+
Ötən ilin 22 sentyabrında Goranboyda qudası, 1966-cı il təvəllüdlü Fərrux Qasımovu qətlə yetirən Vətən Müharibəsi şəhidi Vüsal Nağıyevin atası Əmirətlan Nağıyevə hökm oxunub.

Manevr.az “qafqazinfo”ya istinadən xəbərinə görə, Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilən 66 yaşlı Ə.Nağlyevə 14 il 6 ay müddətinə həbs cəzası verilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bu ilin 27 oktyabrında başa çatıb. Məhkəmədə bildirilib ki, şəhidin atası ilə qayınatasıgilin münasibətləri yaxşı olmayıb. Goranboyda şəhidin adının verildiyi küçəyə onun qayınatasının plakat asması isə Ə.Nağıyevi özündən çıxarıb. O, qudasına Vüsalın şəklinin küçəyə vurması üçün mənəvi haqqının olmadığını bildirərək hücum edib, əvvəlcə küt alətlə xəsarətlər yetirdikdən sonra “Niva” markalı maşınla üstündən keçərək qətlə yetirib. Məhkəmədə Ə.Nağıyev qudasını öldürmək niyyətində olmadığını bildirib və onun özünü maşının altına ata biləcəyini deyib. O, oğlunun adının verildiyi küçədə özünün bulaq tikdirmək niyyətində olduğunu qeyd edib. Həmçinin gəlini ilə münasibətinin pis olduğunu əlavə edib.

Mərhum F.Qasımovun həyat yoldaşı, şəhidin qayınanası Nubutət Qasımova isə ifadəsində təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona ağır cəza verilməsini istədiyini deyib: “Qızım Vüsalla evləndikdən sonra Goranboy rayonu, Buzluq kəndində yerləşən Vüsalın atasına məxsus evdə onun anası Cəmilə və qardaşı Arzumanla birlikdə yaşayırdı. Lakin 2013-cü ildə Arzuman öz ehtiyatsızlığı nəticəsində ağacdan yıxılıb vəfat etdi. Qudam Cəmilə orda-burda gəlininin ayağının evə düşmədiyindən oğlunun rəhmətə getdiyini deməyə başladı. Cəmilənin bu söz söhbətlərindən sonra qızım Vüsalla həmin evdən köçmək qərarına gəldilər və 2016-cı ildə Goranboy şəhərində yerləşən, hal-hazırda Vüsalın adını daşıyan küçədəki evə köçdülər. Vətən Müharibəsində Vüsal 30 oktyabr 2020-ci il tarixdə şəhid oldu. 2021-ci ilin iyul ayında Cəmilə və onun qızı Buzluq kəndində yerləşən evimizə gəlib şəhidin ailəsinə verilən 8800 manat pulu tələb etdilər, dedilər ki, Əmirəstan Vüsalın adına Goranboy şəhərində bulaq tikir. Yoldaşım Fərrux onlara "usta tutsunlar, bulağın tikintisinə nə qədər pul lazım olsa verəcəyik" dedi. Bundan sonra mübahisələr davam etdi. Həmçinin Əmirəstan 2021-ci ilin iyun və avqust aylarında Buzluq kəndində yerləşən evə gəlib qızımdan, yəni gəlinindən Vüsal Nağıyevin ölümündən sonra ona görə verilmiş 8800 manatı və Vüsal Nağıyevin sürdüyü “Hundai Santafe” markalı avtomobilin satışından əldə olunmuş 17000 manat pulu istəmişdi. Bununla bağlı başqa adamlar vasitəsilə də mənə, qızıma və mərhum ərimə söz göndərmişdi. Eləcə də o, pul verilməsə onlardan polisə şikayət edəcəyini bildirmişdi”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar